Avtomobiliniz üçün Peşəkar Baxım Xidmətləri

Avtomobilinizin sağlamlığı və uzunömürlü işləməsi üçün müntəzəm baxım şərtdir. Khan Avto Servis Mərkəzində təcrübəli ustalar tərəfindən həyata keçirilən baxım xidmətləri sayəsində həm yol təhlükəsizliyini artırır, həm də gələcəkdə yaranacaq xərclərin qarşısını alırsınız. Biz yağ dəyişmədən, diaqnostikaya, cilalanmadan plonka örtüyünə qədər geniş xidmət spektri təqdim edirik. Hər marka və model avtomobil üçün fərdi yanaşma tətbiq edilir və yalnız yüksək keyfiyyətli materiallardan istifadə olunur.

Avto Yuma

Yüksək təzyiqli yuma ilə korpus, şüşə və disklər tam təmizlənir. Peşəkar yuma nəticəsində avtomobiliniz parlaq görünür. Hər detalda təmizlik və parlaqlıq özünü göstərir.

Kimyəvi Təmizləmə

Avtomobil salonunda mikroblar və ləkələr kimyəvi təmizləmə ilə yox edilir. Xüsusi vasitələrlə oturacaq və döşəmə dərin təmizlənir. Salonunuz xoş qoxulu və parlaq görünüşə qovuşur.

Yağ Dəyişmə

Mühərrik yağı və filtr ustalar tərəfindən düzgün dəyişdirilir. Bu dəyişiklik mühərrikin ömrünü və performansını artırır. Sakit və davamlı sürüş təcrübəsi təmin olunur.

Razval Balans

Təkərlərin bucağı və balansı cihazla dəqiq tənzimlənir. Bu xidmət sükanın sabitliyini və yol tutuşunu artırır. Təkər yeyilməsi və yanacaq sərfiyyatı azalır. Təhlükəsizlik üçün çox önəmlidir!

Cilalanma

Lak səthi cilalanır, cızıqlar və ləkələr yox edilir. Avtomobil parlaq, təmiz və baxımlı görünüş qazanır. Həm estetik, həm də boya qorunması təmin olunur. Maşına olan sevginizi hamı hiss edəcəkdir!

Plonka və Vinil

Avtomobilin üzərinə qoruyucu plonka və ya vinil tətbiq olunur. Həm fərdi görünüş, həm də boya müdafiəsi əldə edilir. UV, daş və cızıq risklərinə qarşı qorunursunuz.