Hərtərəfli Baxım Paketi!

Khan Avto Niyə Bu paketi Hazırlayıb?

Avtomobilin uzunömürlü olması üçün sadəcə yağ dəyişmək kifayət etmir, hər detalına baxılmalıdır.Bu baxım paketi maşının ürəyi sayılan mühərrikdən tutmuş, asqısına, balansına qədər hər şeyi yoxlayır.Gizli xərclərin, yolüstü qalan problemlərin qarşısını vaxtında alır.Xüsusi seçilmiş keyfiyyətli materiallar və peşəkar yanaşma ilə təhlükəsizlik və rahatlıq təmin edilir.Maşının da, cibin də rahat nəfəs alsın deyə, bu paket tam sənlikdir!

Hansı Xidmətlər Təqdim Edilir?

Mühərrik yağı

Köhnə yağ tam boşaldılır, sistem təmizlənir və mühərrikə tam uyğun dünyanın ən keyfiyyətli markası olan Yacco yağı əlavə olunur. Bu, mühərrikin sürtünmədən qorunmasını və uzunömürlü işləməsini təmin edir.

Mühərrik yağ filteri

Köhnə filter çıxarılır, ərazi təmizlənir və yeni filter taxılır. Bu proses çirkli yağın mühərrikə zərər verməsinin qarşısını alır.

Mühərrik yağ dəyişmə xidməti

Yağ çəni tam boşaldılır və orijinal yeni yağ əlavə edilir.Bu, mühərrikin xidmət müddətini uzadır və səmərəli işləməyə kömək edir.

Asqı sisteminin mexaniki diaqnostikası

Maşın qaldırılır, asqı hissələri vizual və mexaniki yoxlanılır. Boşluq və zədələnmələr aşkar edilərək təhlükəsizlik təmin edilir.

Mühərrikin endoskopik diaqnostikası

Endoskop cihazı ilə mühərrikin daxili hissələri yoxlanılır. Gizli nasazlıqlar vaxtında aşkarlanır, böyük xərclərin qarşısı alınır.

Kompüter diaqnostikası

Maşın xüsusi cihazla yoxlanılır, bütün elektron sistemlər analiz edilir. Problemlər tez tapılır, qəfil arızaların qarşısı alınır.

Razval edilməsi

Təkər bucaqları ölçülür və zavod standartlarına uyğun düzəldilir. Bu, sürüş stabilliyini artırır və təkər ömrünü uzadır.

Mühərrik sahəsinin təmizlənməsi

Mühərrik sahəsi Elektronik hissələrə heç bir zərəri olmayan xüsusi vasitələrlə yumşaldılır və diqqətlə yuyulur. Təmizlik həm texniki sağlamlığı, həm də görünüşü qoruyur.

Mühərrikin vizual baxışı (qayış və s.)

Qayış və elastik hissələr yoxlanılır, zədələr müəyyən edilir. Vaxtında baxış böyük nasazlıqların qarşısını alır.

Təkərlərin balans edilməsi

Təkərlər cihazda ölçülür, çəkilər yerləşdirilir.Düzgün balans daha rahat və təhlükəsiz sürüş təmin edir.

Müştərinin məmnun yola salınması

Bütün işlər yekunlaşdırılır, nəticələr izah edilir. Müştəri razı qaldıqdan sonra maşın təhvil verilir

1. Maşınınızı ixtisaslaşmış, peşəkar ustalara etibar edirsiniz.

2. Mənşəyi bilinməyən yox, dünyaca məşhur, sertifikatlı Yacco yağlarından istifadə olunur.

3. Hər addımda şəffaf izah və aydın nəticə təqdim edirik.

Bu baxım paketi bütün maşın marka və modelləri üçün mövcuddur. Bizə yazaraq öz avtomobilinizə uyğun dəqiq qiymət çıxarışını əldə edə bilərsiniz

Birbaşa Rezervasiya!

Please enable JavaScript in your browser to complete this form.