Avtomobil Kimyəvi Təmizləmə Xidməti

Avtomobilinizin salonunda xoşagəlməz qoxu, ləkələr və toz toplanması gündəlik sürüş keyfiyyətinizi azaldır. Khan Avto Servis Mərkəzində təqdim etdiyimiz kimyəvi təmizləmə xidməti, avtomobil salonunu yenidən ilk günki təmizliyinə qaytarmağa kömək edir.

Kimyəvi təmizləmə prosesi necə həyata keçirilir?

Avto servisimizdə kimyəvi təmizləmə aşağıdakı ardıcıllıqla icra olunur:
1. Avtomobil salonu və oturacaqlar ilkin olaraq tozsoranla təmizlənir.
2. Xüsusi hazırlanmış peşəkar kimyəvi vasitələr və avadanlıqla dərin ləkələr və bakteriyalar təmizlənir.
3. Döşəmələr, tavan, qapı döşəmələri, oturacaqlar, salon plastikləri və hava kanalları xüsusi üsullarla yuyulur.
4. Qurudulma mərhələsində yüksək güclü quruducu ventilyatorlar istifadə edilir ki, avtomobil tez bir zamanda istifadə üçün hazır olsun.
5. Son mərhələdə antibakterial spreylərlə qoxu və mikroorqanizmlərin qarşısı alınır.

Kimyəvi təmizləmə nə üçün vacibdir?

Avtomobilin iç mühitində toz, bakteriya və allergenlərin yığılması həm sağlamlıq, həm də avtomobilin dəyəri üçün mənfi təsir yaradır. Daimi kimyəvi təmizləmə avtomobilin salon materiallarının ömrünü uzadır və təravətli görünüşünü qoruyur.

Niyə Khan Avto?

  • Yalnız sertifikatlı kimyəvi məhsullar və yüksək keyfiyyətli avadanlıqdan istifadə olunur.
  • Təcrübəli maşın ustası və peşəkar təmizlik komandamız hər detallara xüsusi diqqət yetirir.
  • Xidmət sonrası avtomobilinizdə təravət, uzunmüddətli təmizlik və rahatlıq təmin olunur.
Please enable JavaScript in your browser to complete this form.
Xidmət Seçin